Xəbər lenti

Nazirdən dəbdəbəli villasının olması xəbərinə münasibət
Ölkə14:49 07.12.2016

Nazirdən dəbdəbəli villasının olması xəbərinə münasibət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

 “Bakıdakı bütün villalar mənimdir. Kim istəyir şəkillərini çəksin və altından da dediklərimi yazsın”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bakıda dəbdəbəli villasının olması ilə bağlı yayılan videoya münasibət bildirərkən deyib.

O, belə şər-böhtanlara baş qoşmadığını bildirib: “Biz öz işimizlə məşğuluq”. 

Qeyd edək ki, üç gün əvvəl mətbuatda böyük, dəbdəbəli bir villanın videosu yayılıb. Tikintisi tam başa çatmamış həmin villanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova məxsus olduğu iddia olunub. 

Qaynarinfo.Az