Xəbər lenti

Nazirdən mərc oyunları ilə bağlı AÇIQLAMA
Ölkə09:51 04.03.2016

Nazirdən mərc oyunları ilə bağlı AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mərc oyunlarına nəzarətin Maliyyə Bazarlarına  Nəzarət Palatasına verilməsini tamamilə düzgün addım hesab edirik”.

 Bu sözləri APA-nın Türkiyə bürosuna gənclər və idman naziri Azad Rəhimov deyib. A. Rəhimov bildirib ki, “Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisə dünən təqdim olunub: “Bununla tamamilə razıyıq. Nazirlik tərəfindən hansı işə dəstək lazımdırsa, biz bunu etməyə hazırıq”.

 Qeyd edək ki, qanunun 53-1.5-ci maddəsində “dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı” sözləri “nəzarət maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilir. Bildirilib ki, bununla idman mərc oyunları mərc oyunlarına nəzarət qeyd olunan müvafiq icra qurumundan alınaraq yeni yaradılmış Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir.

 Burada müvafiq icra orqanı Gənclər və İdman Nazirliyidir.

Qaynar.info