Xəbər lenti

Nazirin “20 yanvar”dakı obyektləri sökülür
Ölkə16:23 30.07.2014

Nazirin “20 yanvar”dakı obyektləri sökülür

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün axşam saatlarında Bakıda Metronun “20 yanvar” stansiyasında ticarət köşkləri sökülməyə başlanılıb.

Hadisə yerində olan “Qafqazinfo”nun əməkdaşının sözlərinə görə, söküntü obyekt sahibləri tərəfindən etirazla qarşılanıb. Belə ki, əvvəlcədən xəbərdarlıq edilməyən sahibkarlar mallalarını dəyərinə dəyməzinə satmaq məcburiyyətində qalıblar. Artıq metronun giriş və çıxış hissəsinə yaxın obyektlər sökülüb, digərlərinə isə söküntü ilə bağlı xəbərdarlq edilib.

Qeyd edək ki, bu ilin mart ayından metrodakı bütün ticarət obyektləri sökülüb.

Metronun “20 yanvar” stansiyasının keçidlərindəki ticarət obyektləri isə Bakı Metropoliteni nəzarətində deyil Nəqliyyat Nazirliyi nəzarətində olduğu üçün sökülməmişdi.

Qaynar.info