Xəbər lenti

Nazirin bacanağının şirkətilə Ədliyyə Nazirliyi arasında qalmaqal - İş Ali Məhkəmədədir
Ölkə 18:04 08.06.2024

Nazirin bacanağının şirkətilə Ədliyyə Nazirliyi arasında qalmaqal - İş Ali Məhkəmədədir

Azərbaycanın sığorta bazarında əsas oyunçulardan sayılan "Azsığorta” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə Ədliyyə Nazirliyi və qurumun İcra Baş İdarəsinin rəisi İlqar Cəfərov arasında məhkəmə çəkişməsi davam edir. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş hazırda Ali Məhkəmədədir. 

Kassasiya şikayətinin "Azsığorta”nın verdiyi bildirilir. 

Elşanə Vəliyeva iş üzrə hakim təyin edilib. 

"Azsığorta” ASC Ədliyyə Nazirliyi və İlqar Cəfərovla yanaşı Həsənov İlham Qəribağa oğlu ilə Qaragözov Məhəmməd Məmmədağa oğlu adlə şəxsləri də məhkəməyə verib. 

Araşdırmalarımız zamanı məlum olub ki, İlham Həsənov Binəqədi Rayon İcra Şöbəsinin rəisidir. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2023-cü ildə imzaladığı 185 saylı sərəncamda onun vəzifəsi məhz belə qeyd edilib. Yeri gəlmişkən, sərəncam ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının "Fəxri Fərmanı” ilə təltif edilmələri barədədir. 

Məhəmməd Qaragözov haqqında isə açıq mənbələrdə heç bir məlumata rast gəinmir. 

"Azsığorta” ASC-yə gəlincə, şirkətin səhmlərinin 100 faizi məhz Hikmət Abuzərova məxsusdur. Hikmət Abuzərov həm də "AFB Bank”ın səhmlərinin 99 faizinə sahibdir.

Mediada gedən məlumatlara görə, Hikmət Abuzərov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. 

Məlumat üçün deyək ki, "Azsığorta” ASC-nin iddia tələbi maddi ziyanın ödənilməsi ilə bağlıdır. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->