Xəbər lenti

Nazirin müavinlərinin sayı artırılır
Ölkə11:48 24.07.2023

Nazirin müavinlərinin sayı artırılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Elm və təhsil nazirinin müavinlərinin sayı artırılır.
Qaynarinfo xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Elm və Təhsil Nazirliyi haqqında Əsasnaməyə edilən dəyişiklikdə əksini tapıb.
İndiyə qədər qüvvədə olan Əsasnaməyə görə, elm və təhsil nazirinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad olunan 3 müavini olub.
Yeni Əsasnaməyə görə, nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 4 müavini olacaq.