Xəbər lenti

Nazirin qardaşı oğlu ilə avtoşluq edən kim olub? - VİDEO
Ölkə06:47 25.04.2014

Nazirin qardaşı oğlu ilə avtoşluq edən kim olub? - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Aynar Məmmədovla sürət yarışına çıxan şəxsin Kəmaləddin Heydərovun qardaşı olduğu iddia olunur 

Artıq bir neçə gündür ölkə mətbuatında məmur övladlarının dəbdəbəli həyatları, bahalı maşınları və həmin maşınlarla şəhərdə avtoşluq etdiklərinə dair çeşidli məlumatlar yayılır. Bu sırada ən çox adı hallananlar sırasında isə nəqliyyat naziri Zyia Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədov öncüllük təşkil edir. 

JAM.AZ xəbər verir ki, bir neçə gün əvvəl Aynar Məmmədovun idarə etdiyi 10 LZ 100 dövlət nömrə nişanlı avtomobilə Zığ-Aeroport şossesində sürət yarışına çıxdığına dair videogörüntülər yayımlanmışdı. Lakin bunun ardından deputat Elton Məmmədov dərhal açıqlama verərək, deyilənləri yalanlamışdı. 

Amma bu videogörüntülərdə Aynar Məmmədovun kiminlə sürətlə maşın sürdüyü ilə bağlı heç bir bilgi verilmir. Ümumiyyətlə, görüntülərdəki həmin adamla bağlı hər hansı bir araşdırma da aparılmır və üzərindən keçilir. Halbuki həmin videogörüntülərdə əvvəlcə 2 maşının ötüşdüyü, daha sonra isə 3-cü maşının da onlara qoşulduğu diqqəti çəkir. 

JAM.AZ sosial şəbəkələrdə yayılmış məlumata istinadən xəbər verir ki, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlunun sürət yarışına çıxdığı şəxs fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşıdır. Həmin məlumatda iddia olunur ki, nazirin qardaşı uzun illərdir məmur övladları arasında sürətli avtomobil sürən biri kimi tanınır. Onun həmçinin bir sıra əyləncələri də olduğu iddia olunur. 

Məsələ ilə bağlı araşdırmalarımız davam edir. 

Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 

Qaynar.info