Xəbər lenti

Nazirin töhmət verdiyi rektor: "Danışmaq istəmirəm"
Ölkə08:40 31.07.2013

Nazirin töhmət verdiyi rektor: "Danışmaq istəmirəm"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verildiyi kimi, iyulun 29-da təhsil naziri Mikayıl Cabbarov vətəndaşların yerlərdə qəbulu məsələləri ilə bağlı Gəncədə olub. 

Təhsil Nazirliyindən verilən xəbərə görə, Gəncə Dövlət Universitetində imtahan sessiyasının gedişində yol verilmiş neqativ halların qarşısının alınması üçün vaxtında tədbirlər görmədiyinə görə nazir tərəfindən universitetin rektoru Yadigar Əliyevə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunub. 

GDU rektoru Yadigar Əliyevlə əlaqə saxlayan "Moderator.az"ın əməkdaşı nazirin onu cəzalandırmasına münasibətini öyrənmək istəyib. Amma Yadigar Əliyev əvvəlcə nazirin qərarını şərh etmək istəsə də, sonradan fikirindən daşınıb. 

"Bəlkə danışmayım? Yox, danışmaq istəmirəm",- deyən rektor telefonun dəstəyini asıb.