Xəbər lenti

Nazirin Türkiyədə vəfat edən oğlu dəfn edildi (YENİLƏNİB)
Ölkə09:32 16.09.2017

Nazirin Türkiyədə vəfat edən oğlu dəfn edildi (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə dünyasını dəyişən müdafiə sənayesi naziri Yavər Camalovun oğlu Rövşən Camalov bu gün Bakıda dəfn olunub

"Qaynarinfo" azvision.az-a istinadən xəbər verir ki, mərhumun cənazəsi Şüvəlanda Mir Möhsün Ağa ziyarətgahının yaxınlığında yerləşən qəbiristanlıqda torpağa tapşırılıb. 

Dəfn mərasimində dövlət rəsmiləri, deputatlar, ailəyə yaxın şəxslər iştirak ediblər. Nazir oğlunun yas mərasimi Heydər Məscidində keçiriləcək.

Qeyd edək ki, 44 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişən R.Camalovun iki övladı yadigar qalıb. 

***

12.51

Müdafiə sənayesi naziri Yavər Camalovun vaxtsız dünyasını dəyişən oğlu Rövşən Camalovun nəşi ölkəyə gətirilib.

"Qaynarinfo" axar.az-a istinadən xəbər verir ki, R.Camalovun cənazəsi Şivəlanda, Mir Mövsüm Ağa ziyarətgahında dəfn olunacaq.

Mərhumun 3 mərasimi isə 18 sentyabrda Heydər məscidində təşkil olunacaq.

Qaynarinfo.Az