Xəbər lenti

Nazirlər Kabineti bu nazirliyi siyahıdan sildi, yenisini əlavə etdi
Ölkə06:05 29.12.2019

Nazirlər Kabineti bu nazirliyi siyahıdan sildi, yenisini əlavə etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nazirlər Kabineti "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edib.

Trend-in məlumatına görə, bu dəyişikliyə əsasən, "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə” doktoranturaların yaradılması bölməsi ləğv edilsin.

Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində doktoranturaların yaradılması ləğv edilib.

Yeni qərarla Gənclər və İdman Nazirliyi üzrə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında fəlsəfə doktoru və elmlər doktoru üzrə kadr hazırlığı aparılacaq.