Xəbər lenti

Nazirlər Kabineti bu qəzetlər üçün kağız normalarını artırdı
Ölkə20:27 24.07.2019

Nazirlər Kabineti bu qəzetlər üçün kağız normalarını artırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət sifarişlərinin yerinə yetirilməsi üçün "Azərbaycan", "Xalq qəzeti" və "Bakinski raboçi" qəzetlərinin redaksiyalarına dövlət büdcəsinin vəsaiti hesabına alınan qəzet kağızı normaları artırılıb.
Qaynarinfo xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan”, "Xalq qəzeti” və "Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” qərarda dəyişiklik edib.
Beləliklə, hər üç qəzetdə hər bir nüsxənin həcmi 8 səhifədən 10 səhifəyə qaldırılıb. Bu mətbuat orqanlarının qəzet kağızına illik tələbatı da artırılıb. Bu göstərici "Azərbaycan" qəzeti üçün 118 tondan 148 tona,  "Xalq qəzeti" və "Bakinski raboçi" qəzetləri üçün 98 tondan 123 tona qaldırılıb.
Maliyyə Nazirliyinə bu qərardan irəli gələn maliyyə təminatı məsələlərinin həlli üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.