İyun ayında Azərbaycanda gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 113 müəssisənin sahibi inzibati qaydada cərimə olunub.
Bu barədə "Report"a Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev məlumat verib.
O bildirib ki, keçən ay 17 obyektin istismarının dayandırılması, eləcə də 11 nəfərin işdən kənarlaşdırılması barədə qərar qəbul edilib: "Bundan başqa, 19 iş istintaq orqanlarına verilib. Həmçinin, keçən ay 303 yeyinti məhsulundan orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə nümunə götürülüb və onlardan 1-inin nəticəsi qeyri-kafi olub. Bakterioloji məhsullardan götürülən 278 nümunədən mənfi nəticə əldə edilməyib".
İ.Abdullayevin sözlərinə görə, şadlıq evlərindən 520 yaxma nümunəsi götürülüb ki, bunlarda da mikrobioloji çirklənmə aşkar olunmayıb.
Qaynar.info