Xəbər lenti

Nazirlik azad olunan ərazilərdə aşkarlanan minaların sayını açıqladı
Ölkə13:00 29.12.2021

Nazirlik azad olunan ərazilərdə aşkarlanan minaların sayını açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müdafiə Nazirliyi işğaldan azad olunan ərazilərdə aşkarlanan minaların sayını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, nazirliyin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov bildirib ki, mina təmizləmə işlərində əsas səylər yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.
"2021-ci il ərzində 13 min hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib, 17 minədək mina və partlamamış döyüş sursatı aşkar edilərək zərərsizləşdirilib", - o vurğulayıb.