Xəbər lenti

Nazirlik dondurmanı nəzarətə götürdü
Ölkə09:41 16.06.2015

Nazirlik dondurmanı nəzarətə götürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Havalar isindikcə dondurma və sərinləşdirici içkilər bazarına nəzarət artırılıb.

Bu barədə virtualaz.org saytına İqtisadiyyat və Sənaye Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Abbas Əliyev məlumat verib.

“Dondurma və sərinləşdirici içkilərin keyfiyyəti ilə bağlı mütəmadi monitorinqlərə başlamışıq. Məqsəd keyfiyyətsiz, insan sağlamlığı üçün təhlükəli olan məhsulları aşkarlayıb bazardan çıxarmaqdır. Hələlik monitorinqlərin nəticəsinə görə qanun pozuntusuna rast gəlməmişik. Belə bir hal aşkarlansa, dərhal tədbir görüləcək” - deyə A.Əliyev bildirdi.

Nazirlik rəsmisi əhalini də diqqətli olmağa çağırdı. Bildirdi ki, istehlakçılar xoşagəlməz hallarla rastlaşdıqda “195” saylı qaynar xəttə müraciət etsinlər.

Qaynar.info