Xəbər lenti

Nazirlik əlilləri yola saldı
Ölkə14:11 24.07.2014

Nazirlik əlilləri yola saldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 50 nəfər əlilliyi olan şəxs Şəkidə yerləşən istirahət mərkəzinə yola salınıb.

ƏƏSMN-dən verilən məlumata görə, Nazirliyin müvafiq əmri ilə təsdiqlənmiş “2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, cari ilin yaz-yay mövsümündə ümumilikdə 1062 nəfər əlilliyi olan şəxsin ölkəmizin bölgələrindəki istirahət-sağlamlıq mərkəzlərində istirahətinin təşkili nəzərdə tutulub.

Son iki ay ərzində onlardan artıq 800 nəfərə yaxını həmin mərkəzlərə yola salınıb.

İstirahət guşələrində əlilliyi olan şəxslər üçün xüsusi proqram çərçivəsində musiqili-əyləncəli tədbirlər, idman yarışları və viktorinalar, göldə üzgüçülük, balıq ovu, ətraf rayonlara gəzinti turları, tibbi və fizioterapevtik prosedurlar təşkil olunur.

Qaynar.info