Xəbər lenti

Nazirlik erməni tərəfinin əsirləri dəyişmək təklifinə münasibət bildirib
Ölkə06:59 17.08.2013

Nazirlik erməni tərəfinin əsirləri dəyişmək təklifinə münasibət bildirib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin azərbaycanlı əsir Firuz Fərəcovu erməni əsir Akop İnciqulyanla dəyişməyə hazır olmasına münasibət bildirib. 

Nazirliyin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu APA-nın sorğuna cavabında bildirib ki, Ermənistanın Müdafiə Nazirliyinin müraciəti barədə məlumatlıdırlar: “Firuz Fərəcov bir ildən çoxdur əsirlikdədir  və erməni mətbuatının ondan dəfələrlə götürdüyü müsahibəyə əsaslanaraq  deyə bilərik ki, həmişə də təlimata uyğun olaraq üçüncü ölkəyə getmək arzusunda olduğunu bildirib. İndi nə dəyişdi  ki, birdən birə belə fikrə düşdü? Burada dərk edilməsi çətin olan bir şey yoxdur. Ermənistan Müdafiə Nazirliyinin belə açıqlama ilə çıxış etməsi əlbəttə ki, erməni hərbiçisi  Akop İnciqulyanın Azərbaycan tərəfinə əsir düşməsi ilə bağlıdır. Bununla əlaqədar mən hər hansı qəti mövqe bildirmək istəməzdim. Ona görə ki, belə məsələlərlə Azərbaycanda digər müvafiq səlahiyyətli qurum məşğul olur”. 

Qaynar.info