Xəbər lenti

Nazirlik hava şəraiti ilə bağlı xəbərdarlıq etdi
Ölkə09:43 30.11.2018

Nazirlik hava şəraiti ilə bağlı xəbərdarlıq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Departamentdən Qaynarinfo-ya bildirilib ki, dekabrın 1-2-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Dekabrın 2-də gün ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti dekabrın 2-si gündüzədək davam edəcək. Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!