Xəbər lenti

Nazirlik ittihamlara cavab verdi (AÇIQLAMA)
Ölkə06:28 21.06.2023

Nazirlik ittihamlara cavab verdi (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi illərdir xərcəng xəstəliyinin fəsadlarını yaşayan Rəbiyyə Zərdabinin ittihamlarına cavab verib. 
Agentliyin mətbuat xidmətinin rəhbəri Tural Qurbanov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Zərdabi Rəbiyyə Bahəddin qızı sonuncu dəfə 2022-ci ildə süd vəzi protezi ilə təmin olunub:
"Hazırda qanunvericiliyə əsasən süd vəzi protezlərinin istifadə müddəti 1 il olduğu üçün Rəbiyyə Zərdabinin növbəti protezlə təmin olunma hüququ 23.09.2023-cü ildən etibarən yaranacaq. Vətəndaş həmin müddətdən sonra müvafiq qaydada süd vəzi protezi ilə təmin olunacaq”. 
Qeyd edək ki, illərdir xərcəng xəstəliyinin fəsadlarını yaşayan Rəbiyyə Zərdabi protez dəyişmək istəsə də Protez-Ortopedik Bərpa Mərkəz bundan imtina edib. 
Bahar Rüstəmli