Xəbər lenti

Nazirlik: “Məktəblərin bağlanması ilə bağlı rəsmi qərar verilməyib”
Ölkə12:15 09.01.2023

Nazirlik: “Məktəblərin bağlanması ilə bağlı rəsmi qərar verilməyib”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq ölkə üzrə ümumi təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyəti nisbətən azalıb.  Bu, dağlıq və dağətəyi rayonlarında dərsə davamiyyətə daha çox təsir edib. 
Bu barədə Qaynarinfo-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib. 
Bildirilib ki, şaxtalı hava şəraiti ilə bağlı bəzi ümumi təhsil müəssisələrində istilik təminatı ilə bağlı problemlər qeydə alınıb. Həmin məktəblərdə istiliyin bərpası istiqamətində işlər aparılır. 
Nazirlikdən qeyd edilib ki, qeyri-sabit hava şəraiti ilə bağlı məktəblərin bağlanmasına dair hər hansı bir rəsmi qərar verilməyib.