Səhiyyə Nazirliyi Narkoloji Dispanserin köçürülməsinə qərar verib.
Qaynarinfo xəbər verir ki, bu barədə dispanserin baş həkimi Qalib Məmmədov ARB TV-yə bildirib.
Mənə nazirlikdən xəbər verildi ki, sakinlərin narazılığını aradan götürmək üçün bu məntəqə başqa ünvana köçürüləcək. Çox yaxın bir müddətdə, yəqin ki, gələnə həftəyə köçürüləcək" deyə Qalib Məmmədov qedy edib.
Baş həkim onu da əlavə edib ki, artıq köçürülmə işləri ilə bağlı lazımı tədbirlərə start verilib. Hətta narkoloji dispanserin fəaliyyət göstərəcəyi yer də tapılıb.
Xatırladaq ki, "ARB Xəbər” ötən gün Yasamal rayon sakinlərinin Narkoloji Dispanserdən şikayəti işıqlandırılmışdı. Sakinlər şikayət edərək bildiriblər ki, orada müayinə və müalicə olunan narkomanlar həmin ərazi üçün təhlükəyə çevriliblər. Belə ki, onlar həm müxtəlif dərmanlar qəbul edir, həm də ərazidə yüksək səslə, nalayiq söyüşlər söyərək onları narahat ediblər.
<iframe width="640" height="430" src="//player.qaynarinfo.az/?o=d9a3aea6e" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">