Xəbər lenti

Nazirlik onlayn dərslərin keçirilməsi ilə bağlı təlimatlar hazırlayır
Ölkə17:10 11.09.2020

Nazirlik onlayn dərslərin keçirilməsi ilə bağlı təlimatlar hazırlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məktəblərdə onlayn dərslərin keçirilməsi ilə bağlı təlimatlar hazırlanır.
Qaynarinfo-nun məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında deyib.
Onun sözlərinə görə, məktəblərdə onlayn dərslərin keçirilməsinə məktəb rəhbərliyi nəzarət etməlidir:
"Ümid edirik ki, müəllimlər bu il daha məsuliyyətli olacaqlar. Şagirdlərin teledərs və onlayn dərslərdən öyrəndiklərinin qiymətləndirməsini aparacağıq”.