Xəbər lenti

Nazirlik rəsmisindən komadakı jurnalistlə bağlı BƏD XƏBƏR
Ölkə10:18 13.01.2014

Nazirlik rəsmisindən komadakı jurnalistlə bağlı BƏD XƏBƏR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladovun iştirakı ilə “avropa.info” saytının əməkdaşı Sahib İslamovun müalicə aldığı Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında yanvarın 13-də tibbi konsilium keçirilib. 

Saytın direktoru Ruslan Bəşirlinin verdiyi məlumata görə, həkimlər qeyd ediblər ki, S.İslamovun beyin qabığında vegetativ vəziyyət yaranıb, onun beyin hüceyrələri ölüb.

G.Poladov bildirib ki, S.İslamovun bu vəziyyətində dünyanın heç yerində onun müalicəsi mümkün deyil. Şöbə müdirinin sözlərinə görə, S.İslamovun beyin hüceyrələrini bərpa etmək mümkün olmayacaq.

Nazirlik rəsmisi Ruslan Bəşirlini və Sahib İslamovun ailə üzvlərini qəbul edib. Nazir müavini deyib ki, xəstəxana şəraitində S.İslamovun müalicəsi davam etdiriləcək. Həkimlər əllərindən nə gələcəksə, edəcəklərini bildiriblər. 

Xatırladaq ki, Sahib İslamovu noyabrın 1-də maşın vurub. Jurnalist Xocasən yolunda dayanacaqda avtobus gözləyərkən yoldan yüksək sürətlə keçən avtomobil onu vuraraq yolun kənarına atıb . Dərhal da qəza törədən avtomobil sürücüsü Musa Nağıyev adına xəstəxanaya çatdırıb. Sahib İslamov ağır müştərək qapalı beyin travması, baş beyinin əzilməsi, sağ bazu sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, sol bud sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, çanaq sümüklərinin sınığı, döş qəfəsinin əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Qaynar.info