Xəbər lenti

Nazirlik söz verdi: Bu məktəbdə uşaqlar daha donmayacaq
Ölkə11:10 29.11.2017

Nazirlik söz verdi: Bu məktəbdə uşaqlar daha donmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paytaxtın Yasamal rayonu ərazisində yerləşən 175 saylı orta məktəbi hələ də yay rejimi ilə çalışır.
Hazırda sözügedən məktəbin qazanxanası və istilik sistemləri çalışmır. Məktəb otaqlarının soyuq olmasından nəinki şagirdlər, hətta məktəb müəllimləri də şikayətlənir. Neçə vaxtdır edilən şikayətlərə baxmayaraq, problem həllini tapmayıb. Əksinə, məktəb direktoru problemin həllini məktəbliləri dərsləri buraxmaqla tapıb. Ona görə də 175 saylı orta məktəbin şagirdləri havalar soyuq keçən günlər dərsləri yarımçıq qoyub, evə buraxılırlar. 
Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətindən ölkə.az-a bildirilib ki, artıq sözügedən məktəbdə istilik problemi həllini tapıb. 
"Bu gündən etibarən 175 saylı məktəbdə istilik verilişi bərpa olunub. Artıq problem həllini tapıb”, - deyə Təhsil Nazirliyindən bildirilib. 
Qeyd edək ki, 175 saylı məktəbin rəhbərliyi məktəbdə istilik probleminin yaranmasını Yasamal rayonuna yeni icra başçısının təyin edilməməsi ilə əlaqələndirib.