Xəbər lenti

Nazirlik TQDK-nın cavabını verəcək
Ölkə11:09 13.03.2013

Nazirlik TQDK-nın cavabını verəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Təhsil Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) III və IV sinif dərsliklərinin monitorinqinin nəticələri ilə bağlı verdiyi rəyin n cavablandırılacağı tarixi açıqlayıb.

Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı APA-ya açıqlamasında deyib ki, nazirlik tərəfindən III sinif dərslikləri üzrə hazırlanan cavab rəyi sabah komissiyaya göndəriləcək. Onun sözlərinə görə, hazırda yalnız bəzi xarici dil dərslikləri üzrə ekspertlərin rəyi hazırlanır: “Onlar da tam hazır olduqdan sonra sabah Təhsil Nazirliyi rəyi TQDK-ya göndərəcək. IV sinif dərslikləri ilə bağlı rəy isə Novruz bayramından sonra hazırlanaraq TQDK-ya təqdim olunacaq”