Xəbər lenti

Nazirlik vəzifəli şəxsi cərimələdi
Ölkə16:25 18.05.2018

Nazirlik vəzifəli şəxsi cərimələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Bakıda növbəti reyd keçirilib.
ETSN-nn mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, reyd zamanı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi "Bakı Tikinti Materialları” ASC-nin ərazisində istehsalat  tullantılarının qalaqlanması faktı aşkar edilib.
Faktla bağlı ASC-nin sahə rəisi Vaqif Qəmbərov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunub.