Xəbər lenti

Nazirlik xalqa xəbərdarlıq etdi
Ölkə05:49 23.07.2013

Nazirlik xalqa xəbərdarlıq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaxın günlərdə gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.

Nazirlikdən verilən məlumata görə, iyulun 24-dən 26-dək bəzi yerlərdə şimal-qərb küləyinin saniyədə 15-20, arabir 23-27 metrədək güclənəcəyi, temperaturun Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında 33-38, bəzi yerlərdə 40, dağlıq rayonlarda 25-30, Abşeron yarımadasında 33-36, bəzi yerlərdə 38 dərəcəyədək yüksələcəyi gözlənilir.

İyulun 24-dən 26-ı gündüzədək Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin saniyədə 15-20 metrədək, ayrı-ayrı yerlərdə isə arabir 23-27 metrədək güclənəcəyi gözlənilir.

İyulun 23-də Bakıda havanın temperaturu gündüz 33-35 dərəcə isti olacaq.

İyulun 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi saniyədə 15-20, arabir 23 metrədək güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 30-35 dərəcə isti olacaq.

İyulun 25-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi saniyədə 15-20, arabir 18-20 metrədək güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 29-34 dərəcə isti olacaq.

İyulun 25-də axşam, 26-da gecə və axşam saatlarında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, leysan xarakterli qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var.

İyulun 24-25-də Azərbaycanın rayonlarında havann temperaturu gündüz 24-38, bəzi yerlrədə 40 dərəcə isti olacaq.

Yaxın 3 gündə Abşeron yarımadasında temperaturun nisbətən yüksəlməsi, eyni zamanda arabir güclənən xəzri küləyinin üstünlüyü bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Qaynar.info