Xəbər lenti

Nazirlik xəbərdarlıq etdi – Dolu yağacaq
Ölkə10:13 02.06.2014

Nazirlik xəbərdarlıq etdi – Dolu yağacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya daxil olan xəbərə görə, gecəyə doğru yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var. Mülayim şimal küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir. 
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şimal küləyi küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir. 
Tibbi-meteoroloji proqnoza görə isə yaxın 2 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqnin xeyli tərəddüdü, iyunun 03-ü axşam və 04-də şimal küləyinin güclənməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişsizdir. 
Nazirlik iyunun 05-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli  olacağı, dolu düşəcəyi ehtimalı haqda xəbərdarlıq edib. İyunun 03-də axşam və 04-də gecə və səhər şimal küləyinin güclənəcəyi gözlənilir. 
Qaynar.info