Xəbər lenti

Nazirlik xəbərdarlıq etdi: Leysan və qar yağacaq, dolu düşəcək
Ölkə15:03 20.03.2024

Nazirlik xəbərdarlıq etdi: Leysan və qar yağacaq, dolu düşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hava şəraiti haqqında məlumat yayılıb.
Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən xəbərə görə, Azərbaycanın rayonlarında martın 21-i gündüzdən 22-si axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.