Xəbər lenti

Nazirlik yanğınla bağlı fövqəladə iş rejiminə keçdi
Ölkə18:40 01.09.2017

Nazirlik yanğınla bağlı fövqəladə iş rejiminə keçdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qəbələ meşə mühafizəsi və bərpası müəssisəsinin Abrıx kəndi ətrafındakı Bum meşəbəyliyinin 2 saylı dolayında, yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində baş verən yanğının söndürülməsi üçün operativ tədbirlər davam etdirilir. "Qaynarinfo"  xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlumata görə, yanğının söndürülməsi üçün ETSN bütün qurumlarının əməkdaşları hadisə yerinə cəlb olunub, eyni zamanda nazirliyin müvafiq qurumları fövqəladə iş rejiminə keçib.

Hadisə yerində ETSN və FHN-nin canlı qüvvələri bütün mümkün olan vasitələrdən istifadə etməklə yanğının söndürülməsinə cəhd göstərirlər. Ərazi yüksək dağ massivində və çətin relyefdə yerləşdiyindən və havanın küləkli olmasından onun söndürülməsində çətinliklər mövcuddur. Yanğının söndürülməsi işləri davam etdirilir. 

Qaynarinfo.Az