Xəbər lenti

Nazirlik öz əməkdaşlarından Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət etdi
Ölkə15:12 24.11.2017

Nazirlik öz əməkdaşlarından Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmrinə əsasən, "Aqrolizinq” ASC-nin Sabirabad regional nümayəndəliyinin 1 iyul 2015-ci il tarixdən 4 iyul 2017-ci il tarixədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyətinin daxili auditi aparılıb. Audit nəticəsində mineral gübrələrin saxlanılması və istifadəsi ilə bağlı nümayəndəliyin fəaliyyətində bir sıra ciddi nöqsanlar aşkar edilib. 
Bu barədə Qaynarinfo-ya Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, müəyyən edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.