
Səhiyyə Nazirliyi Azərbaycanda 12 yaşlı uşağın cinsiyyətinin dəyişdirilməsi ilə bağlı cərrahiyə əməliyyatının keçirilməsinə münasibət bildirib.
Nazirlikdən bildirilib ki, qanunda belə əməliyyatların qadağan olunması ilə bağlı bənd yoxdur. "Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən özəl xəstəxananın, klinikanın stasionar və ya ambulator fəaliyyət növünə və profilinə görə müəyyən əməliyyatların icrasına rəy verilir", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, axşam.az saytı Azərbaycanda 12 yaşlı bir uşağın plastik əməliyyatla cinsiyyətinin dəyişdiriləcəyi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, Bakıdakı özəl klinikaların birində gerçəkləşdiriləcək əməliyyatdan sonra uşağın cinsiyyəti qadın olacaq.Qaynarinfo.Az