Xəbər lenti

Nazirlikdən 1,5 milyonluq cərimə
Ölkə12:51 09.10.2014

Nazirlikdən 1,5 milyonluq cərimə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Əmək Müfəttişliyi Xidməti iş yerlərində 14 774 halda əmək qanunvericiliyinin pozulması faktını aşkar edib.
Qaynar.info-nun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadla verdiyi məlumata görə, həmin hüquq pozuntularının əksəriyyəti özəl sektora aid müəssisələrdə, topdansatış, ticarət və ictimai iaşə, tikinti sektorlarında baş verib. 
Əmək qanunvericiliyinin tələblərinin pozulması hallarına yol vermiş işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndləri əsasında cərimələr tətbiq olunub. Cərimələrin 41,1 %-i, yəni 1 411 600 manatı dövlət büdcəsinə ödənilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 23,6 dəfə çoxdur.
DƏMX tərəfindən bu istiqamətdə aparılan işlər iş yerlərində əmək qanunvericiliyinə əməl olunması, vətəndaşların əmək hüquqlarının təmin edilməsi ilə bağlı işəgötürənlərin məsuliyyətinin artırılmasına yönəlib.
Qaynar.info