Xəbər lenti

Nazirlikdən açıqlama
Ölkə13:47 07.07.2014

Nazirlikdən açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

 “17 yaşlı qız qarpızdan yox, ürək çatışmazlığından ölüb”.

Qaynar.info virtualaz.org-a istinadən məlumatına görə, bu haqda Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.

A.Qədirli bildirib ki, Gülarə Sərvan qızı Həsənlinin qarpızdan zəhərlənərək ölməsi versiyası öz təsdiqini tapmayıb: “Təcili tibbi yardım briqadası dindirildi, Respublika Talassemiya Mərkəzində araşdırma aparıldı. Bəlli oldu ki, yeniyetmə kəskin ürək-damar çatışmazlığından dünyasını dəyişib. Talassemiya Mərkəzində reanimasiya şöbəsi olmadığından Gülarə Həsənlini qanköçürmə xəstəxanasına aparıblar. Lakin həkimlərin səyi nəticə verməyib və yeniyetmə orada dünyasını dəyişib”.

A.Qədirli mərhumun hadisədən bir gün əvvəl qarpız yediyini, zəhərlənmənin baş vermədiyini də əlavə etdi.