Xəbər lenti

Nazirlikdən bağlanmış türk litseyləri ilə bağlı yeni açıqlama
Ölkə10:38 25.08.2014

Nazirlikdən bağlanmış türk litseyləri ilə bağlı yeni açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Sabiq “Çağ Öyrətim” şirkətinə daxil olan məktəb və liseylərdə təhsil almış şagirdlərin yaşadıqları ərazidəki, eləcə də digər bölgələrdəki arzu etdikləri məktəblərə qəbulu prosesi hazırda davam edir. Bütün şagirdlər məktəblərə yerləşdirilənə qədər proses davam edəcək. Bu vaxta kimi 1000 nəfərdən artıq şagird müvafiq məktəblərə dəyişdirilib”.

Bunu Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildiriblər.

Qeyd edək ki, əvvəllər “Çağ Öyrətim” şirkətinə (Beynəlxalq Tədris Mərkəzi) daxil olan məktəb və liseylərdə təhsil alan şagirdlərin bəziləri hələ də digər məktəblərə köçürülməyib.

Onların valideynləri türk məktəblərinin bərpasını istədiklərini və avqustun axırına qədər gözləyəcəklərini bildirirlər.

Təhsil Nazirliyindən bildiriblər ki, köçürülməmiş şəxslər istənilən vaxtı məktəblərə yerləşdirilmə üçün nazirliyə müraciət edə bilərlər.

Qaynar.info