Xəbər lenti

Nazirlikdən dərslikdəki "xəta" ilə bağlı açıqlama - FOTO
Ölkə10:03 31.10.2014

Nazirlikdən dərslikdəki "xəta" ilə bağlı açıqlama - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Kitabdakı çalışmada “artıq cümləni” tapmaq tələb edilir"

Təhsil Nazirliyi orta məktəb dərsliklərindəki "Şirvanşahlar sarayı" adlı yazı ilə bağlı mövqeyini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bir sıra informasiya agentliklərinin saytlarında ümumtəhsil məktəblərinin V sinif rus bölməsinin “Azərbaycan dili” (Bakı-2014) dərsliyindəki “Şirvanşahlar sarayı” (I hissə, səh.28) mətnində həmin mətnə aid olmayan bir cümlənin (“Metronun “İçərişəhər” stansiyası Şirvanşahlar sarayının yanındadır”) verilməsini yanlışlıq kimi dəyərləndirilib.

"Lakin yeni kurikulumun alt-standartlarına görə, şagirddən verilmiş mətnin cümlələri və abzasları arasında əlaqəni tapmaq tələb olunur. Bu standart şagirddə axtarıcılıq qabiliyyətini artırmağa xidmət edir. Həmin standarta görə, bu mətndə də cümlələr arasında məntiqi ardıcıllığın tapılması məqsədilə bir “artıq cümlə” daxil edilib. Mətnə aid 29-cu səhifədə verilən 3 nömrəli çalışmada bu “artıq cümləni” tapmaq şagirddən tələb edilir".

Nazirliyin açıqlamasında qeyd edilir ki, “Şirvanşahlar sarayı” mətnində verilən “artıq cümlə” V sinif üzrə təhsil standartlarının tələbindən irəli gəlib. "Bu mətndə heç bir elmi – metodik yanlışlıq yoxdur".

Qaynar.info

11:44

Sosial şəbəkələrdə dərsliklərdən maraqlı bir foto paylaşılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, fotonun 5-ci sinif “Ata Yurdu” (Tarix) kitabından çəkildiyi bildirilir.

Təhsil Nazirliyinin orta məktəblər üçün çap etdirdiyi kitabda qeyd olunur ki, Şirvanşah İbrahim qocalanda oğlu Xəlilullahı yanına çağırıb vəsiyyət edir. İbrahim şah oğluna deyir ki, “Baku-Kubənin mənzərəli yerində özünə bir saray tikdir. Metronun “İçərişəhər” stansiyası Şirvanşahlar sarayının yanındadır”.

Qeyd edək ki, Şirvanşah İbrahim Şirvanşahlar dövlətinin 34-cü hökmdarı olub. İbrahim şah 1382-1417-ci illərdə hökmdarlıq edib. Ondan sonra taxta əyləşən oğlu Xəlilullah isə 1465-ci ilə kimi şah olub. Həmin vaxt isə nə Bakıda metro vardı, nə də “İçərişəhər” stansiyası...

Kitabda isə XV əsrin əvvəllərində yaşayan İbrahim şahın “İçərişəhər” metro stansiyası haqda danışması qeyd edilib. Məlumat üçün bildirək ki, bu stansiya isə 1967-ci ildə açılıb. 2008-ci ilə kimi “Bakı Soveti”, bu tarixdən sonra isə “İçərişəhər” adlanır.

Qaynar.info