Xəbər lenti

Nazirlikdən dünənki yağışla bağlı AÇIQLAMA
Ölkə07:06 29.09.2016

Nazirlikdən dünənki yağışla bağlı AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti  faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Qaynarinfo.Az-a daxil olan məlumatda qeyd olunur ki, sentyabrın 28-i gündüzdən 29-u səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 18-65, Böyük Qafqazda 3-4, Mərkəzi Aran rayonlarında 3-29, Lənkəran-Astara zonasında 11-39, Kiçik Qafqazda 7-18, Qazax-Gəncə zonasında 2-6, Naxçıvan MR-da 1-7 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Şahdağda 1 sm olub.

Qaynarinfo.Az