Xəbər lenti

Nazirlikdən həbslərlə bağlı açıqlama - Rəsmi
Ölkə07:49 21.04.2014

Nazirlikdən həbslərlə bağlı açıqlama - Rəsmi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) şöbə rəisi rüşvət almaqda təqsirli bilinərək həbs edilib.

Bakı Şəhər Hərbi Prokurorluğundan verilən məlumata görə, aprelin 20-də ehtiyatda olan I dərəcəli kapitan (polkovnik) Qasım Quliyev barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, I dərəcəli kapitan (polkovnik) Qasım Quliyev "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "b" bəndinə əsasən, yaş həddinə görə 23 avqust 2013-cü il tarixində Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılıb. Ona görə də hazırda bu şəxsin Müdafiə Nazirliyinə birbaşa bağlılığı yoxdur.

Qeyd edək ki, 56 yaşlı Qasım Quliyev uzun müddət HDQ-nin Naviqasiya və kartoqrafiya şöbəsinin rəisi vəzifəsində çalışıb /Trend/


Qaynar.info