Xəbər lenti

Nazirlikdən işçilərin ödənişsiz məzuniyyətə göndərilməsinə reaksiya
Ölkə06:43 08.04.2020

Nazirlikdən işçilərin ödənişsiz məzuniyyətə göndərilməsinə reaksiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İqtisadiyyat Nazirliyi sahibkarlar tərəfindən işçilərin ödənişsiz məzuniyyətə göndərilməsi hallarına münasibət bildirib.
"Qafqazinfo” xəbər verir ki, bu barədə nazir müavini Sahib Məmmədov İctimai TV-nin efirində qonaq olan zaman danışıb.
Bildirib ki, iqtisadi dəstək tədbirləri ilk növbədə öz işlərini şəffaf qurmuş, indiyə kimi vergi öhdəliklərini yerinə yetirmiş, əmək münasibətlərini leqallaşdırılmış sahibkarlara şamil olunacaq:
"Təbii ki, bu istiqamətdə sahibkarlar öz məsuliyyətlərini artırmalıdır. İşçilərini ixtisar etməməli, əmək haqlarını ödəməlidir, hətta işçi məzuniyyətdədirsə belə onların əmək haqqı ödənilməlidir. Nazirliyin 195-2 nömrəli "qaynar xətt”i mövcuddur, şirkət əməkdaşları hər hansı qanunsuzluq, hüquqlarının pozulma halı gördükdə bu nömrə ilə əlaqə saxlaya bilər. Bu zaman şikayət əsasında məsələ aydınlaşdırılacaq”.