Xəbər lenti

Nazirlikdən məktəbli formaları ilə bağlı əhaliyə MÜRACİƏT
Ölkə13:03 08.09.2016

Nazirlikdən məktəbli formaları ilə bağlı əhaliyə MÜRACİƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Təhsil Nazirliyi məktəbli formaları ilə bağlı əhaliyə müraciət edib.

Müraciətdə bildirilib ki, məktəbli formasının satışı və alışı ilə bağlı məcbur etmə tədbirləri ola bilməz.

“Heç bir məktəb, yerli təhsil idarəetmə qurumları məktəbli formalarının müəyyən olunmuş ticarət şəbəkələrindən alınması ilə bağlı şərt qoya bilməz. Ona görə də valideynlər istədikləri yerdən, istədikləri ticarət şəbəkəsindən məktəbli formasını almaqda sərbəstdirlər”, -deyə müraciətdə qeyd olunub. (APA)

Qaynarinfo.Az