Xəbər lenti

Nazirlikdən "distant təhsil" açıqlaması
Ölkə07:54 12.08.2013

Nazirlikdən "distant təhsil" açıqlaması

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Təhsil Nazirliyi distant təhsil aldıqdan sonra verilən diplomların Azərbaycanda tanınıb-tanınmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib.

Qaynar.info-nun Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, xarici ölkələrin ali təhsil haqqında sənədlərinin ölkə ərazisində tanınması (nostrifikasiya) proseduru Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın tələblərinə riayət olunmaqla həyata keçirilir: “Nazirlər Kabinetinin qeyd edilən qərarında distant formada təhsil alan şəxsin xarici ali təhsil haqqında sənədinin ölkə ərazisində tanıması proseduru nəzərdə tutulmayıb”.

Qaynar.info