Xəbər lenti

Nazirlikdən “Şəbəkə” xidmət mərkəzləri və müvafiq poçt şöbələri ilə bağlı açıqlama
Ölkə11:58 30.07.2020

Nazirlikdən “Şəbəkə” xidmət mərkəzləri və müvafiq poçt şöbələri ilə bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan "Azərpoçt” MMC-nin poçt şöbələrində bayram günləri ilə əlaqədar növbəli iş rejimi təşkil ediləcək.
Nazirlikdən Qaynarinfo-ya verilən xəbərə görə, 31 iyul – 3 avqust tarixlərində Bakı şəhərində yerləşən 1 saylı poçt filialının 1, 7, 10, 33, 66; 2 saylı poçt filialının 9, 102, 111, 117; 3 saylı poçt filialının 2, 34, 40, 104, 118, 119, 123, 132, 133, 142, 149; 4 saylı poçt filialının 39, 42, 45, 77, 89, 90, 156; 5 saylı poçt filialının 63, 3, 21, 80, 81, 83, 170; 6 saylı poçt filialının 72, 8, 29, 52, 53, 54, 114, 115, 130 saylı poçt şöbələri, eləcə də regionlardakı müştəri xidmətləri şöbələri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək.
Bakı, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşda yerləşən "Şəbəkə” xidmət mərkəzləri 09:00-dan 17:00-dək, paytaxtın Üzeyir Hacıbəyli-72 ünvanındakı 1 saylı "Şəbəkə” Xidmət Mərkəzi isə 09:00-dan 18:00-dək vətəndaşların xidmətində olacaq.