Xəbər lenti

Nazirlikdən summativlərə görə şagirdlərdən pulun yığılmasına reaksiya
Ölkə06:56 24.09.2018

Nazirlikdən summativlərə görə şagirdlərdən pulun yığılmasına reaksiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Təhsil Nazirliyi orta məktəblərdə summativlərin keçirilməsi üçün tələb olunan materialların çapına görə şagirdlərdən pulun yığılmasına münasibət bildirib.
Qaynarinfo-nun Trend-ə istinadən məlumatına görə, Təhsil Nazirliyinin sektor müdiri Vidadi Bağırov bildirib ki, summativlərin keçirilməsinə görə şagirdlərdən pul yığmaq məqbul hal deyil: 
"Ümumiyyətlə, məktəbin müəyyən maliyyə imkanları olmalıdır. Bununla bağlı məktəblər üçün vəsaitlər də nəzərdə tutulur, məktəblər həmin vəsaitlə summativləri keçirirlər. Elə məktəblər var ki, onlar sponsor köməyindən istifadə edirlər. Amma summativləri bayraq edib pul yığmaq məqbul hal deyil”.