Xəbər lenti

Nazirliyin şöbə müdiri işə gedə bilmədi - Taksilər imtina etdi
Ölkə09:35 01.02.2017

Nazirliyin şöbə müdiri işə gedə bilmədi - Taksilər imtina etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu gün saat 07.30-dan işə gəlməyə cəhd etdim, bütün taksi xidmətləri Xırdalana gəlməkdən birmənalı şəkildə imtina etdilər.
Qaynarinfo.Az xəbər verir ki, bunu Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı sosial mediada yazıb.
Şöbə müdiri bunun səbəbini yağan qardan sonra yollarda yaranmış vəziyyətlə izah edib: "Avtomobillə yola cıxa bilmədim. Yəqin, bilirsiz, Bakı-Sumqayıt şossesində səhər tezdən n sayda qəza baş verib. Bütün maşınlar sürüşüb bir-birinə dəyir. Sabah nə edəcəyik?"
Qeyd edək ki, Bakı və Abşeron yarımadasında artıq 5 gündür ki, qar yağır. Hava şəraiti ilə əlaqədar bir sıra yollarda nəqliyyatın hərəkəti çətinləşib.
Qaynarinfo.Az