Xəbər lenti

Nazirliyin şöbə müdiri yenidən məhkəmə qarşısında - Nədə ittiham olunub?
Ölkə 16:52 19.12.2024

Nazirliyin şöbə müdiri yenidən məhkəmə qarşısında - Nədə ittiham olunub?

Səhiyyə Naziriyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının keçmiş şöbə müdiri Hüseyn Seyidov barəsindəki cinayət işinə Ali Məhkəmədə baxılacaq. 

Qaynarinfo xəbər verir ki, keçmiş şöbə müdiri Ali Məhkəməyə kassasiya şikayəti təqdim edib. İlkin Rəcəbov iş üzrə hakim təyin edilib. 

Hüseyn Seyidov ötən il həbs edilib. Həmin vaxt Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Hüseyn Seyidovun müalicə edilmədən tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Bundan sonra o, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. 

Faktla bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsin başlanmış cinayət işi üzrə Hüseyn Seyidova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Hüseyn Seyidov barəsindəki cinayət işinin məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində aparılıb. Hakim Azad Məcidovun çıxardığı hökmə əsasən, keçmiş şöbə müdiri 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hüseyn Seyidov hökmdən apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->