Xəbər lenti

Nazirliyin sumqayıtlı şöbə müdiri işdən çıxarılıb
Ölkə07:06 15.01.2014

Nazirliyin sumqayıtlı şöbə müdiri işdən çıxarılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin növbəti əməkdaşı, nazirliyin şöbə müdiri işdən azad olunub.

Xeberle.com portalına daxil olan məlumata görə, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov tutduğu vəzifəsindən azad olunub. Onun öz ərizəsiylə işdən çıxdığı bildirilir.

Məlumat üçün bildirək ki, İlham Məmmədov sumqayıtlıdır. Uzun müddət "AZADİNFORM" İnformasiya Agentliyində sosial və iqtisadi sahələr üzrə müxbir kimi fəaliyyət göstərib. 1 iyun 2010-cu il tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ümumi şöbəsində məsləhətçi, daha sonra isə İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini və müdiri vəzifələrində işləyib.

İ.Məmmədovun özüylə əlaqə saxlamaq istəsək də, bu mümkün olmadı.

Qaynar.info