Xəbər lenti

N!DA 4 yaşın qeyd edir
Ölkə14:04 04.02.2015

N!DA 4 yaşın qeyd edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün N!DA Vətəndaş Hərəkatının 4 yaşı olur. 

Arqument.az xəbər verir ki, 2011-ci ilin fevralın 4-də yaranan təşkilatın hazırda yüzlərlə üzvü var.  Hərəkat yarandığı qısa müddət ərzində cəmiyyətə böyük töhvə verib, vaxtaşırı seminarlar, debatlar, sosioloji sorğular keçirib. 

Hərəkatın indiyə kimi 11 nəfər üzvü həbs olunub. N!DA Vətəndaş Hərəkatı bu həbisləri siyasi və ictimai fəaliyyətləri ilə əlaqələndirilər. 

Beynəlxaq insan hüququları təşkilatları bu həbislərin siyasi olduğunu bildirilər.

Həbs olunan hərəkat üzvülərindən 4-ü prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxsa da, hazırda 7 məhbus həbsdədir. 

Şair Elnur Astanbəylinin "N!DA türküsü" şeirini təqdim edirik:

N!DA türküsü

Yolumuzda qanqallar, qolumuzda qandallar,

Qorxutmaz bizi heç nə, lap sonu ölüm olsa...

Meydanlar da bizimdir, zindanlar da bizimki,

Meydan boş qalmayacaq bütün zindanlar dolsa...

Önümüzdə aydınlıq sabahlar var bilirik,

İçimiz işıq dolu – zülmətləri boğacaq!

Günəşi örtə bilməz o qara, kirli əllər,

Kirpiyimizi qaldırsaq, ordan günəş doğacaq.

Dinəcək zülm tufanı, sönəcək şər ocağı,

Bizi gözləyən nədir? Günlərin ən gözəli!

Az qaldı qovuşmağa, ey sevgili Azadlıq,

Sənə fəda canımız – güllərin ən gözəli!!

Qaynar.info