Xəbər lenti

N!DA-dan növbəti tədbir
Ölkə10:33 13.02.2016

N!DA-dan növbəti tədbir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə növbəti tədbir keçiriləcək. 
Hərəkatın mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, fevralın 14-ü, saat 15.00-da Müsavat Partiyasının qərargahında keçiriləcək tədbirdə lektor qismində Milli Şuranın sədri Cəmil Həsənli, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, Real Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı və N!DA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Ülvi Həsənli iştirak edəcəklər.
Onlar ölkədə sistem dəyişikliklərindən sonra aparılmalı olan islahat və yenilənmələrdən danışacaq, suallarınızı cavablandıracaq, sizi maraqlandıran məqamları açıqlayacaqlar.  
Tədbirə giriş sərbəstdir .
Qaynar.info