Xəbər lenti

Nə etməli, “Səyavuşun qanı” yerdədir... (KÖŞƏ)
Ölkə11:59 30.05.2013

Nə etməli, “Səyavuşun qanı” yerdədir... (KÖŞƏ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İdris Heydərli 

Nə etməli?

Bir zaman Cernışevski bu suala rus düşüncəsi ilə cavablar axtarmışdı.

Bu gün də bu sual var, sabah da olacaq.

Bizim bu suala cavabımız gələcək düzəndə harada olacağımızı müəyyən edəcək.

Tarixən biz Qafqaz olmamışıq. Coğrafi olaraq da Qafqazların çıxış qapısı durumundayıq.

Mədəniyyət və fikir dəyərləşməsində türk tarixinin parçasıyıq.

İnanc müstəvisində üstünlük şiə məzhəbinə verilir.

Dövlət olaraq isə… Rus dövlətçiliyinin müstəmləkə mirasıyıq.

Məmmədəmin Rəsulzadə yaşantılarının sürgün və gizli anlarında “Əsrimizin Səyavuşu”nu yazdı. İran və Turan dəyərlərinin daşıyıcısı olan Səyavuşu Azərbaycan olaraq gördü. Parçalanan dəyərlər arasından Səyavuşun iztirabları Azərbaycanın iztirablarıdır.

Səyavuşun anası Turan, atası İrandır. Səyavuş qara at deməkdir.

Bu qara atın taleyi Azərbaycanın taleyidir.

O da bir zamanlar “nə etməli” sualı ilə üz üzə qaldı. Nə İrandan vaz keçə bildi, nə də Turandan.

Əfsanələrə görə, dağlarda bir çiçək var. “Səyavuşun qanı” adlanır. Əfrasiyab bağışlamadı onu. Kəsdirdi, qurban kimi.

Cümhuriyyət bayramımızdır. “Səyavuşun qanı” çiçəyinin yerini bilən varsa, bir çələng bağlayaq...