Turizm şəhəri Naftalan daha bir ilkə imza atıb. Əsasən Avropa və Amerika qitələrində müxtəlif yaş kateqoriyalarında böyük oxucu kütləsi qazanmış "Little Free Library” artıq Naftalan şəhər əhalisinin və turistlərin ixtiyarına verilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, "Kiçik Pulsuz Kitabxana" anlamına gələn layihə əsasında insanlar buradan kitablar seçərək oxuya, eyni zamanda paylaşmaq istədikləri kitabı kitabxanaya əlavə edə bilərlər. Kitabxana artıq www.littlefreelibrary.org kitabxanalar reyestrinə unikal #100833 nişanı altında düşüb və ölkəmiz həmin saytın xəritəsində yer alıb.
Naftalanda "Little Free Library” ("Kiçik Pulsuz Kitabxana”)
"Little Free Library” layihəsinin Naftalana gətirilməsində əsas məqsəd kitabları insanlar üçün daha əlçatan etmək və onların maariflənməsində yardımçı olmaqdır. Burada istənilən şəxsin pulsuz və günün istənilən saatında fəaliyyət göstərən kitabxanadan yararlanması üçün şərait yaradılıb. Buna nəzarəti isə könüllülər öz üzərinə götürüblər. Sputnik Azərbaycan-a layihə haqda məlumat verən könüllü Günel Abbasova burada Azərbaycan dili ilə yanaşı, rus, ingilis və türk dillərində hər yaşa uyğun kitabların yer aldığını söyləyib:

Pandemiya ilə əlaqədar xarici turistlərin Naftalana gəlişi hələ mümkün olmasa da yerli turistlər və şəhər əhalisi yeniliyi maraqla qarşılayıblar.