
İdris Heydərli
- Nə xəbər var, Məşədi?
- Sağlığın.
- Deyirlər, şəhər tıxaclaşıb?
- Giriş çıxışlarda tıxaclaşan şəhər sabah olacaqların məşqidir.
- Qul qulluqdan bezməz, Qul sahibi quldan bezər.
- Xoruzlar savaşa öz xoşlarına girməzlər. Hər xoruzun sahibi var.
- Nə olacaq Məşədi?
- Güclər də tıxaclaşıb.
- Giriş çıxışlarda tıxaclaşan şəhər güclərin dirənişidir...
- Ağası Gülüm olanın, başına külüm olar.
- Tülkünün dərisinin gözəlliyidir ki, dərisini başından çıxarırlar..
- Bəlkə də...
- Nə edək, Məşədi?
- "Ol və Bit"
- Yəni bu qədər?
- Hə, bu qədər...