Xəbər lenti

Neçə nəfərin adı rəsmi Bakının “qara siyahısına” düşüb?
Ölkə13:02 09.03.2020

Neçə nəfərin adı rəsmi Bakının “qara siyahısına” düşüb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı yenilənib.
Oxu.Az-ın məlumatına görə, Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısına 947 nəfərin adı salınıb.
Qeyd edək ki, 2020-ci ilin fevralın 5-də təqdim edilmiş siyahıda 936 nəfərin adı olub.
Bildirək ki, rəsmi icazəsi olmadan Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərinə edilən səfərlər cinayət sayılır. 
Həmin şəxslərə Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) cinayət işi açılır.